Türkiyə, Rəcəb Tayyib Ərdoğan, PKK, şərti amnistiya, Abdullah Öcalan, Türkiyə parlamenti, PKK-nın silahsızlaşdırılması, sülh prosesi
Dünya

Türkiyədə Ərdoğan PKK üzvləri üçün şərti amnistiya nəzərdə tutan qanunu imzaladı

Bugun.tv xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin PKK ilə sülh təşəbbüsü çərçivəsində minlərlə kürd silahlısına şərti amnistiya tətbiqini nəzərdə tutan qanunu imzalayıb.

Qanun çərşənbə axşamı Türkiyənin Rəsmi Qəzetində dərc olunub. Sənəd yalnız Milli Təhlükəsizlik Şurasının PKK-nın tamamilə buraxıldığını və silahlarını təhvil verdiyini təsdiqləməsindən sonra qüvvəyə minəcək.

Türkiyə parlamenti qanun layihəsini ötən həftə böyük səs çoxluğu ilə qəbul edib. Qanuna əsasən, PKK üzvü olmaqda məhkum edilmiş şəxslərin müəyyən həbs cəzalarının icrası dayandırıla bilər. Digər şəxslərlə bağlı davam edən istintaq və məhkəmə prosesləri isə cinayətin ağırlığından asılı olaraq 5 və ya 10 il müddətinə təxirə salınacaq. Bu müddət ərzində yenidən cinayət törətməyən şəxslər barəsində işlərə xitam veriləcək.

Qanun həmçinin PKK-nın silahsızlaşdırılmasına nəzarət edəcək xüsusi komitənin yaradılmasını nəzərdə tutur. Komitənin ilk iclasının gələn həftə keçirilməsi gözlənilir.

PKK ötən il lideri Abdullah Öcalanın çağırışından sonra təşkilatı buraxmaq və silahlı mübarizəyə son qoymaq qərarını açıqlamışdı. Öcalan və digər əsas PKK rəhbərləri amnistiyaya daxil edilməyib.

Türkiyədə PKK ilə qarşıdurma 1980-ci illərdən bəri on minlərlə insanın ölümü ilə nəticələnib.

Mənbə: Associated Press

Aynur Camal

Oxşar xəbərlər

Lavrovdan Yaponiyaya sərt reaksiya: “Əxlaq sərhədini aşdılar”

Aynur Camal

35 il əvvəl tərk edilən ərazi təbiətə çevrildi: Onu qorumaq üçün kampaniya başlatdı

Aynur Camal

Tramp: İranla heç bir danışıqlar aparılmır, neft qiymətləri iyuldan bəri ən yüksək həddə çatıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu