18 C
Baku
23 Oktyabr 2025, 20:48
Digər

Türkiyədə Zəfər Bayramının 103-cü ildönümü qeyd olunur

Bugun.tv xəbər verir ki, milli bayramla əlaqədar qardaş ölkənin hər yerində çoxsaylı yürüş, görüş, konsert proqramı və digər tədbirlər təşkil edilir. Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla ölkə rəhbərləri ənənəvi olaraq Ankarada Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edəcək, türk xalqının milli azadlıq mübarizəsinin bütün iştirakçılarının xatirəsini ehtiramla anacaqlar. Prezident Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Ankaradakı Prezident sarayında Zəfər Bayramı münasibətilə təbrikləri qəbul edəcək. Qazi Mustafa Kamal Atatürkün komandanlığı altında türk ordusunun 1922-ci il avqustun 26-da Dumlupınar döyüşü ilə başlayan hücumu dörd gün davam edib və müdaxiləçi qoşunların tam məğlubiyyəti ilə başa çatıb

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Raqif Abbasov istefa verdi

Nigar Məmmədova

Yeni hərbi nizamnamə layihələrinə start verildi

Aynur Camal

Selçuk Bayraktar Türkiyənin vergi rekordçusu oldu

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu