10 C
Baku
13 Aprel 2026, 2:23
Baş xəbər

Türkiyə ictimaiyyəti: “İran Azərbaycana qarşı törədilən terror aktına dərhal münasibət bildirməlidir”

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı bu gün səhər edilən hücum Türkiyə ictimaiyyətinin kəskin etirazına səbəb olub.

Bugun.tv xəbər verir ki, rəsmi dairələrlə bərabər ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının yaydıqları bəyanatlarda insanlıq əleyhinə olan bu qanlı cinayətin baş verməsinə şərait yaradan, təşkil edən və törədənlər lənətlənir.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu və Azərbaycan Evinin rəhbəri professor Aygün Attar, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu, İğdır–Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin, eləcə də İğdır-Azərbaycan Evinin sədri Ziya Zakir Acar, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal və başqalarının imzaları ilə yayılan bəyanatlarda Türkiyə QHT-ləri tələb edirlər ki, İran dövləti Azərbaycana qarşı törədilən terror aktına dərhal münasibət bildirməlidir.

 

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu