27 C
Baku
28 İyun 2025, 13:06
Siyasət

Türkiyə müxalifəti namizəd seçimində niyə qərarsızdı?

Türkiyənin 6 müxalifət partiyasının ittifaqı olan Millət Alyansı prezident seçkilərində namizədliyini irəli sürəcək siyasətçilərlə bağlı hələ də qərarsızdı.

Bugun.tv türk mediasına istinadən xəbər verir ki, partiyaları təmsil edən siyasətçilər martın 6-da məsələni müzakirə etmək üçün növbəti görüş keçirməyi planlaşdırırlar.
İYİ Partiya lideri Meral Akşener ölkənin əsas müxalifət qüvvəsi olan Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunun namizədliyinə qarşı çıxdığı üçün ortaq namizədlə bağlı qərar əldə olunmayıb.

Türkiyədə prezident və parlament seçkiləri iyunun 18-dən əvvəl keçirilməlidir.
Ərdoğan çərşənbə günü səsvermənin tətil, təhsil müəssisələrində imtahanlar və dini bayramlar mövsümünə qədər olması üçün mayın 14-də keçirilməsini planlaşdırdığını təsdiqləyib. Onun seçkilərin tarixini martın 10-da və ya 11-də rəsmən elan edəcəyi gözlənilir. Bunun parlament və ya prezidentin fərmanı ilə təsdiqlənməsi lazımdır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Zelenski Türkiyəyə minnətdarlıq bildirdi

Bugün TV

Ərdoğan: “Türkiyə Putin və Zelenski arasında danışıqlar üçün vasitəçi olacaq”

Nigar Məmmədova

İsrail ordusu HƏMƏS kəşfiyyatının başçısına məxsus binaya zərbə endirib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu