11 C
Baku
17 Aprel 2026, 2:16
Digər

Türkiyədə axtarışlar davam etdirilir

Kahramanmaraşda baş verən zəlzələdən 1 aya yaxın vaxt keçməsinə baxmayaraq axtarışlar dayanmayıb.
Bugun.tv-yə bu barədə xilasedicilərdən biri “Azaflı” hüquq şirkətinin əməkdaşı Figən Kaynak məlumat verib. “Zəlzələ zonalarında iş maşınları ilə dağıntları təmizləmə, xilasetmə işlər davam edir. Həmin bölgələrdə çadırlar və konteyner evlər yaradılmağa başlanılıb. Zəlzələdən sağ çıxanların çoxu həmin bölgələrdən başqa əyalətlərə köç edirlər. Artıq Əskişəhərə 27 min nəfər gəlib. Bizim axtarış- xilasetmə komandamızın da zəlzələ bölgələrində fəaliyyətləri yekunlaşıb. Buna baxmayaraq, zəlzələdən sağ çıxanlara evlər tutur, mənzillərini lazım olan məişət əşyaları ilə təmin edirik”. Figen xanımın sözlərinə görə, dağıntından sağ çıxanlar normal həyata dönməyə çalışırlar. Ancaq bəzi bölgələrdə titrəyişlər davam etdiyi üçün insanlarda qorxu, panika var. Bəzi bölgələrdə bu gün də 4 baldan yuxarı zəlzələlər hiss olunur.

 

Müəllif: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Fransa Fələstinli hüquq müdafiəçisinin ölkəyə girişinə icazə vermədi

Aynur Camal

Ayımız necə yaranıb? Yeni tədqiqat maraqlı detal ortaya çıxardı

Aynur Camal

“Miss İran” namizədi Cənubi Koreyanın İrana yardım qərarını tənqid edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu