19 C
Baku
28 Oktyabr 2025, 7:33
Baş xəbər

Türkiyədə təhsil alan Azərbaycanlı tələbələrə quru sərhəddən istifadə imkanının yaradılması təklif olunur

“Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra qardaş ölkədə ali məktəblərdə təhsil onlayn, distant formaya keçdi. Türkiyədə 30 minə yaxın Azərbaycan vətəndaşının təhsil aldığını nəzərə alsaq, həmin gənclərin ölkəmizə qayıdışına dəstək olunması vacibdir. Təyyarə biletlərinin baha olduğunu nəzərə alıb, tələbələrin çoxunun quru sərhədləri vasitəsi ilə vətəninə qayıtmağa üstünlük vermək istəyi anlaşılandır.

Bu aydan etibarən Türkiyə ilə Naxçıvan arasında quru sərhədlərimiz açılsa da, bu imkandan yalnız Muxtar Respublikada qeydiyyatda olan vətəndaşlarımız istifadə etmək hüququna malikdir. Bu baxımdan, qeydiyyat yerindən asılı olmayaraq, Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarına belə imkanın yaradılması məqsədəuyğun olardı. İndiki halda tələbə biletini təqdim etməklə, Azərbaycanlı tələbələrin quru sərhəddən istifadəyə icazə verilməsi onların vətənə asan və daha az xərclə qayıtmasına imkan yaradardı. Bütövlükdə, mərhələli şəkildə qardaş Türkiyə ilə quru sərhədlərimizdən bütün vətəndaşlarımızın istifadə imkanının yaradılması məqsədəuyğun olardı”.

Bugun.tv xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov öz “Facebook” səhifəsində qeyd edib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Pakistanda helikopter qəzasında 5 nəfər həlak oldu

İntizar Əmirova

Azərbaycan və Misir prezidentlərinin təkbətək görüşü olub

Nigar Məmmədova

130 qoyun uçurumdan atılaraq ölüb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu