Image default
İdman

Zidan yenidən PSJ-nin gündəmində

PSJ rəhbərliyi baş məşqçi Kristof Qaltyenin rəhbərliyi altında komandanın son nəticələrindən narazıdır. Matc.az xəbər verir ki, parislilər bir həftə ərzində ardıcıl üç məğlubiyyət alıblar.
Fransa kubokunun 1/8 finalında Marsel “Olimpik”inə 1:2 hesabıyla uduzan paytaxt təmsilçisi, Liqa 1-də “Monako”dan (1:3) və Çempionlar Liqasında “Bayern”dən (0:1) də zəif olub.
“Le Parisien” nəşrinin iddiasına görə, bu məğlubiyyət seriyası Qaltyenin baş məşqçi postundakı mövqeyini zəiflədib. Ardıcıl dördüncü məğlubiyyət PSJ-nin sahibləri üçün problem olacaq. Rəhbərlik növbəti iki matçın nəticələrini diqqətlə izləyəcək: Liqa 1-də “Lill” və Marsel “Olimpik”i ilə oyunları.
PSJ-nin rəhbərləri təkcə nəticələrdən deyil, həm də, komandanın oyunundan narazıdırlar. Xüsusilə, Çempionlar Liqasında “Bayern”lə matçın ilk yarısından.
Klubun sahibləri fransalı mütəxəssis Zinəddin Zidanın PSJ-yə baş məşqçi gəlməsini arzulayır. Artıq il yarımdır ki, tərəflər əlaqə saxlasalar da, Zidan Fransa yığmasında işləməyə üstünlük verir. Didye Deşamın Fransa millisi ilə müqaviləsinin uzadılması fonunda vəziyyət dəyişə bilər.
Bugün TV

Oxşar xəbərlər

Dünya Kubokunda dörddəbir finalın bütün iştirakçıları müəyyənləşdi

Aynur Camal

Argentina dramatik qələbə ilə Dünya Kubokunun dörddəbir finalına yüksəldi

Aynur Camal

Evdən işləyənlər üçün məhsuldarlığı artıran 5 faydalı vasitə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu