35 C
Baku
20 İyul 2025, 11:47
Dünyaİqtisadiyyat

Türkiyə Afrika ölkələrinə un tədarükü üçün Rusiyaya müraciət edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, rusiyalı həmkarı Vladimir Putinlə Afrika ölkələrinə un tədarükü ilə bağlı danışıqlar aparmaq istəyir.

“Cənab Putin artıq taxılın Afrika ölkələrinə deyil, Avropaya göndərildiyini qeyd edib. O dedi ki, gəlin inkişaf etməmiş Afrika ölkələrinə taxıl göndərək. Mən də ona cavab verdim ki, siz taxıl göndərin, biz də onu un edib, inkişaf etməmiş ölkələrə göndərək. 2-3 gün ərzində danışıqlar aparacağıq və bunu müzakirə edəcəyik”.

Bugun.tv xəbər verir ki, bunu Ərdoğan Twitter səhifəsində yayımlanan müsahibəsində bildirib.

Xatırladaq ki, Türkiyə prezidenti yanvarın 5-də Ankaranın Rusiya taxılını öz dəyirmanlarında emal edib, Afrikanın yoxsul ölkələrinə göndərməyə hazır olması barədə fikir söyləmişdi.

Mənbə:TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

London universiteti Fələstin tərəfdarı tələbələrin tələblərini yerinə yetirməyə söz verib

Aynur Camal

Polis məntəqəsinə silahlı hücum: Çoxlu insan ölüb

Aynur Camal

Mahmud Abbas Qəzzaya getmək üçün İsraildən icazə istəyib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu