28 C
Baku
10 Sentyabr 2025, 19:17
Siyasət

Türkiyə prezidenti ilə Putin arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. Tərəflər Ukraynadakı vəziyyəti və Türkiyənin cənub-şərqində baş verən son zəlzələləri müzakirə ediblər. Bugun.tv RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.

Danışıqlar zamanı Türkiyədə baş verən zəlzələlər və birinci ilini başa vuran Rusiya-Ukrayna müharibəsi ilə bağlı hadisələr müzakirə olunub. Prezident Ərdoğan zəlzələ ilə bağlı göstərdiyi həmrəyliyə görə Rusiya prezidenti Putinə təşəkkür edib.

Rəcəb Tayyib Ərdoğan Ankaranın Ukraynadakı vəziyyətin nizamlanması üzrə danışıqların bərpasına töhfə verməyə hazır olduğunu açıqlayıb.

Rusiya-Ukrayna müharibəsində daha çox itki və dağıntı olmadan ədalətli sülhün bərqərar olmasının vacibliyini bəyan edən prezident Ərdoğan İstanbulda əldə olunan razılaşmanın bərpa olunmasını səmimi arzuladığını və bu işə hər cür töhfə verməyə hazır olduqlarını bildirib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Türkiyədə meşə yanğınlarında 19 nəfər xəsarət alıb

Bugün TV

Bayden Trampı məsxərəyə qoyaraq onu məğlub adlandırdı

İntizar Əmirova

Türkiyə Prezidenti: “Millətin gələcəyi naminə tarixi addımlar atırıq”

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu