Digər

Xocalı soyqırımından 31 il ötür

Bugun.tv xəbər verir ki, soqırımla bağlı ölkədə silsilə tədbirlər keçirilir.
“Bu faciə unudulmamalı və unutdurulmamalıdır”. Bu fikirlər, Xocalı soyqırımı ilə bağlı Yasamal rayon 53 saylı orta məktəbdə keçirilən anım günündə səsləndirilib.
Allahdan bütün şəhidlərimizə rəhmət dilənib. Onların ruhu bütün siniflərdə bir dəqiqəlik sükutla yad edilib. Səsucaldılan vasitəsi ilə Xocalı soyqırımı haqqında məktəblilərə ətraflı məlumat verilib.
Bununla yanaşı, bu təhsil ocağının foyesində şagirdlərin soqırıma həsr etdikləri rəsmlər sərgilənib.
Qeyd edək ki, Xocalı soyqırımına ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə ölkə Parlamenti tərəfindən siyasi-hüquqi qiymət verilib. 26 fevral tarixi Xocalı Soyqırımı Günü elan olunub. Törədilən cinayətin beynəlxalq ictimaiyyətə çatdırılması, təqsirkarların ədalət mühakiməsinə verilməsi istiqamətində tədbirlər bu gün də davam edir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Aydın Quliyev: “Bu əfv sərəncamı Azərbaycan dövlətinin cəza siyasətinin humanistliyinin göstəricisidir”

Kəmalə Sultan

Xartum hava limanında BMT-nin təyyarəsi vuruldu

Nigar Məmmədova

Xəbərlər və yeniliklər Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna direktor təyin edildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu