27 C
Baku
26 İyul 2025, 7:28
İqtisadiyyat

“Türkiyə qaz ticarət mərkəzinin işə salınması ilə bağlı hərəkətə keçib”

Türkiyə parlamenti beynəlxalq qaz ticarət mərkəzinin fəaliyyəti üçün zəruri olan qanunvericiliyə dəyişikliklərin edilməsi prosesinə başlayıb.

Bugun.tv xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Fatih Dönməz CNN Türk-ə müsahibəsində bildirib.

“Qaz qovşağı kontekstində ilk qanunvericilik qərarları parlamentdən keçdi. Onların sayəsində Botaş və digər şirkətlər daha sürətli və asan fəaliyyət göstərə biləcəklər. Qaz ticarət mərkəzi fəaliyyətə başlayan kimi qiymətlər də aşağı düşəcək ki, bu da Avropa üçün vacibdir. Türkiyə qazın istinad qiymətini müəyyən edən bazara çevriləcək”, – nazir bildirib.

O, həmçinin qeyd edib ki, respublika qazın Avropaya nəqli üzrə digər ölkələrlə əməkdaşlıq variantlarını nəzərdən keçirir. Xüsusən də Azərbaycanla birgə müəssisənin yaradılması ilə bağlı müqavilələr var.

Mənbə:TASS

Nigar Məmmədova

Oxşar xəbərlər

Rusiya və Hindistan iqtisadi əməkdaşlığı genişləndirir

Nigar Məmmədova

Rusiyanın bir neçə mağazası Dubay bazarında fəaliyyətə başlayacaq

Nigar Məmmədova

Rubl “çökməkdə” davam edir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu