24 C
Baku
11 Sentyabr 2025, 11:13
İqtisadiyyat

Türkiyə Rumıniyaya təbii qaz ixrac edəcək

Bugun.tv xəbər verir ki, Türkiyə Rumıniyaya gündəlik 4 milyon kubmetrə qədər təbii qaz ixrac edəcək.

Boru Kəmərləri və Neft Nəqliyyatı A.Ş. (BOTAŞ) tərəfindən edilən açıqlamada, Türkiyə Əsri vizyonuna uyğun olaraq müəyyən edilmiş hədəflərə doğru möhkəm addımlar atmağa davam etdikləri vurğulandı.

İxrac oktyabrın 1-dən başlayacaq. Açıqlamada BOTAŞ-ın qarşıdakı 3 ildə Türkiyənin ilk 10 ixracatçısı arasında yer almağı hədəflədiyi qeyd edilib. “BOTAŞ, bölgənin ən böyük enerji şirkətlərindən biri olan OMV Petrom ilə mühüm müqavilə imzalayıb. 2025-ci il martın 31-də gündə 4 milyon kubmetrə qədər təbii qazın tədarükünə icazə verəcək”, – bildirilib.

Mənbə: TRT Haber

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Sosial müavinət alanların sayındakı 20 min artım nə ilə bağlıdır?

Aynur Camal

Çörəyin qiyməti sabit qalsa da, çəkisi 10 qram artırıldı

Kəmalə Sultan

Yapon pulu YEN bir gecədə 34 ilin ən aşağı səviyyəsinə düşdü!

Könül Kərimova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu