32 C
Baku
28 İyul 2025, 11:19
Siyasət

“Türkiyə Rusiya ilə Ukrayna arasında danışıqlara vasitəçilik etməyə hazırdır”-R.T.Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı zamanı bildirib ki, rəsmi Ankara Rusiya və Ukrayna arasında danışıqların təşviqi üçün vasitəçilik səyləri də daxil olmaqla dəstəyini davam etdirməyə hazırdır.
Bu barədə Bugün.tv TASS-a istinadən xəbər verir.
“Danışıqlar zamanı prezident Ərdoğan bildirib ki, Türkiyə Ukrayna və Rusiya arasında danışıqların davam etdirilməsinə kömək etmək üçün səylərini əsirgəməyib”, – Türkiyə Prezident Administrasiyası əlavə edib. 

Daha əvvəl Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Ərdoğan İstanbulda Rusiya, Ukrayna və BMT nümayəndələri arasında görüş təşkil etməyi təklif etmişdi. Aprelin sonunda o, həmçinin ölkəsinin BMT, Rusiya və Ukraynanın iştirak etdiyi təmas qrupunun işinə dəstək verməyə hazır olduğunu bildirib.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Türkiyə Hərbi Hava Qüvvələri və NATO əməliyyat qrupu birgə təlimlər keçirib .

Bugün TV

“Ermənistan hələ də sülhə hazır deyil”- POLİTOLOQ ŞƏRHİ

Bugün TV

“Çin Azərbaycanın idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşıdır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu