18 C
Baku
20 Sentyabr 2024, 1:40
Baş xəbərSəhiyyə

Türkiyə vətəndaşlarının təxliyəsi başa çatdı – FOTO

Bugun. tv xəbər verir ki, Türkiyə vətəndaşlarının Sudandan çıxarılması əməliyyatı yekunlaşıb.

Qardaş ölkənin Xarici İşlər Nazirliyi Sudandakı Türkiyə vətəndaşlarının gətirilməsini təmin etmək üçün aprelin 23-də başlayan təxliyə əməliyyatlarının bu gün başa çatdığını açıqlayıb. Nazir Hulusi Akar bildirib ki, aprelin 15-dən bəri Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında baş verən qarşıdurmalar ciddi narahatlıq doğurub.

“Sudandan 479 vətəndaşımızı təyyarələrimizlə təxliyə etdik. Bütün beynəlxalq təşəbbüslərə baxmayaraq mülki itkilərin artmasından Türkiyə dövləti narahat idi. Bunu dəfələrlə bəyanat etdik. Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və digər səlahiyyətlilər hadisələrin əvvəlindən sudanlı həmkarları ilə sıx təmasda idilər. Onları hər zaman təmkinli olmağa və atəşkəsə çağırdılar”.

Nazir açıqlamasında onu da bildirib ki, məsələnin sülh yolu ilə həlli üçün müxtəlif təşəbbüslər həyata keçirilir. “Türkiyə Sudanda tökülən qardaş qanının qarşısını almaq üçün hər cür diplomatik vasitələri səfərbər edir. 23 apreldə başlayan təxliyə əməliyyatlarımız Sudandakı vətəndaşlarımızın vətənlərinə qayıtmasını təmin etmək məqsədiylə bu gün tamamlandı”, – H.Akar vurğulayıb.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

AŞIK VEYSƏL AZƏRBAYCANDA “CÜMHURİYYƏTİN ÜZÜ” KONSERTİ İLƏ anıldı

Kəmalə Sultan

Yol hərəkəti qaydalarını pozanlar məsuliyyətə cəlb olundu

Aynur Camal

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu