Baş xəbərDünya

Türkiyədə baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma başladıldı

Türkiyənin Şimali Mərmərə şosesində baş verən zəncirvari avtomobil qəzası ilə bağlı araşdırma başladılıb.

Bugun.tv xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç açıqlama verib. Bildirilib ki, baş prokuror müavininin koordinasiyası ilə aparılacaq araşdırmaya üç dövlət prokuroru cəlb edilib.

Hadisə ilə bağlı açıqlama verən Sakarya valisi Yaşar Karadeniz yaralı sayının yüksəldiyini, onlardan yeddisinin vəziyyətinin ağır olduğunu deyib.

Qeyd olunub ki, toqquşan avtomobillər arasında üç avtobus və bir qoşqulu yük maşını da var.

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Ukraynaya genişmiqyaslı hava hücumu həyata keçirdi: Ölən və yaralananlar var

Aynur Camal

ABŞ-li analitikdən Türk Dövlətləri Təşkilatına dəstək çağırışı

Aynur Camal

Sızanaqlara qarşı vaksin hazırlanır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu