Sosial

Türkiyədən 10 tələbə Azərbaycana gəldi – TİKA layihələri ilə tanış oldular

Bugun.tv xəbər verir ki, Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) həyata keçirdiyi “İnkişaf Səfirləri” proqramı çərçivəsində Türkiyənin müxtəlif universitetlərində təhsil alan 10 tələbə Azərbaycana səfər edib.

Proqram çərçivəsində tələbələr TİKA-nın dəstəyi ilə keçirilən 5-ci Milli Yaylaq Festivalında iştirak edib, Gəncədə yerləşən Nuri Paşa Muzey Evini ziyarət edərək agentliyin ölkəmizdə həyata keçirdiyi layihələrlə yaxından tanış olublar.

Səfər zamanı iştirakçılar Tərtərdə Heydər Əliyev Parkında yaradılan açıq hava səhnəsi, Ucar Mərkəzi Xəstəxanasında fəaliyyət göstərən dializ mərkəzi, Göyçayda meyvə istixanası, Sumqayıtda bal qablaşdırma zavodu, eləcə də ASAN Radio və Veb TV layihələri barədə məlumat əldə ediblər.

Tələbələr həmçinin Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliklərini, “Anadolu” Agentliyinin Asiya və Qafqaz üzrə Ofisini, TRT Bakı Bürosunu və Yunus Əmrə İnstitutunun Bakı Koordinasiya Mərkəzini ziyarət ediblər.

Proqram iştirakçıları bildiriblər ki, səfər onlara Azərbaycanı, ortaq tarix və mədəni dəyərləri daha yaxından tanımaq, həmçinin TİKA-nın sosial və humanitar layihələrinin yerli icmalara verdiyi töhfələri birbaşa müşahidə etmək imkanı yaradıb.

Qeyd edək ki, “İnkişaf Səfirləri” proqramı çərçivəsində ümumilikdə 350 universitet tələbəsinin TİKA-nın 35 ölkədə həyata keçirdiyi layihələrdə iştirak etməsi nəzərdə tutulur. Layihənin əsas məqsədi gənclərin beynəlxalq inkişaf layihələrində təcrübə qazanmasına, müxtəlif cəmiyyətlərin ehtiyaclarını yaxından öyrənməsinə və ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

Mənbə: Redaktor.az

Aynur Camal

Oxşar xəbərlər

Alimlər xoşbəxtliyin əsas amillərindən birinin səmimi ünsiyyət qurmaq olduğunu bildirirlər

Aynur Camal

Cəlilabad meşələrində qanunsuz ağac kəsilməsi iddiası FOTO/ VİDEO

Bugün TV

29 oktyabr Beynəlxalq Qayğı və Dəstək Günüdür: ev işləri niyə görünməyən əmək sayılır?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu