Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Siyasət

Məhəmməd Əsədullazadə: Rusiya–Ermənistan münasibətlərində gərginlik dərinləşir

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə rəsmi sosial media hesabında Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığını şərh edib.

Ekspert bildirib ki, telefon danışığı Moskva ilə İrəvan arasında münasibətlərdə gərginliyin davam etdiyini göstərir. Onun fikrincə, diqqət çəkən məqamlardan biri Vladimir Putinin Nikol Paşinyanı yenidən baş nazir seçilməsi münasibətilə açıq şəkildə təbrik etməməsi olub.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya Ermənistandan geosiyasi seçim etməsini, yəni Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığı davam etdirmək və ya Avropa İttifaqına yaxınlaşmaq arasında aydın mövqe ortaya qoymasını gözləyir. Ekspert hesab edir ki, Moskvanın Paşinyandan Avropa İttifaqı ilə bağlı referendum keçirməsini tələb etməsi Ermənistanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilə bilər.

Siyasi ekspert qeyd edib ki, Ermənistanın Avropa ilə siyasi münasibətlərini genişləndirməsi fonunda Rusiya ilə əvvəlki strateji tərəfdaşlıq səviyyəsini qoruyub saxlaması getdikcə çətinləşir. Onun fikrincə, Moskva bu prosesdə enerji siyasəti, qazın qiyməti və digər iqtisadi alətlərdən təzyiq vasitəsi kimi istifadə edə bilər.

Paylaşımda bildirilib ki, telefon danışığı zamanı Ermənistanda müxalifətə qarşı aparılan hüquqi proseslər də müzakirə olunub və bu məsələlərlə bağlı İrəvana müəyyən mesajlar verilib.

Məhəmməd Əsədullazadənin qənaətinə görə, Rusiya–Ermənistan münasibətləri son illərin ən mürəkkəb mərhələsini yaşayır. O hesab edir ki, Paşinyan hökuməti Qərblə siyasi və iqtisadi əməkdaşlıq kursunu davam etdirəcək, Rusiya isə buna cavab olaraq siyasi və iqtisadi təsir vasitələrindən istifadə etməyə çalışacaq. Ekspert əlavə edib ki, gərginliyin daha da artacağı təqdirdə Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı fəaliyyətinin dayanması, həmçinin MDB və KTMT-dən çıxması ehtimalı da istisna edilmir.

Aynur Camal

Oxşar xəbərlər

Polşa Rusiyanı hava məkanını pozmaqda ittiham edir

Aynur Camal

ABŞ-İran münaqişəsidən ilk Misir zərbə aldı

Aynur Camal

“Trampın fəaliyyətinə dəstək rekord səviyyədə azalıb”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu