Baş xəbər

Türkiyənin keçmiş səfiri: Ankara Bakının maraqlarına zidd addım atmayacaq

“Ermənistan hakimiyyəti normativ aktlardan və rəsmi sənədlərdən qonşu ölkələrin narahatçılığına səbəb olacaq istənilən bəndləri və istinadları çıxarmalıdır. Bu addım regionda sağlam və etibarlı münasibətlərin qurulmasına töhfə verəcək”.

Bu barədə AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş səfiri, Türkiyədəki “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin nümayəndəsi Hulusi Kılıç söyləyib.

O xatırladıb ki, Ermənistan Konstitusiyasının və Müstəqillik Bəyannaməsinin müəllifləri dövlətlərarası münasibətlərin gələcəyini açıq şəkildə rədd edərək, “Böyük Ermənistan” xülyasını əsas götürüblər.

Onun sözlərinə görə, İrəvandakı hazırkı hakimiyyətin addımları da Cənubi Qafqazda sülhə real töhfə verməkdən uzaqdır. “Ermənistan Azərbaycanla sərhəddə təxribatlar törədərək fəal şəkildə silahlanmağa davam edir. Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri mütəmadi olaraq atəşə tutulur”, – deyə Kılıç vurğulayıb. O, qeyd edib ki, Ermənistanın əsas qanununda dəyişiklik edilməsi təkcə Azərbaycanın deyil, həm də Türkiyənin tələbidir.

“İMZA” İctimai Birliyinin nümayəndəsi Ermənistanın müxalifət partiyalarının mövqeyinə də diqqət çəkərək bildirib ki, müxalifət qüvvələri baş nazir Nikol Paşinyanın administrasiyası tərəfindən bağlanacaq istənilən sazişi ləğv etməyi planlaşdırır.

“İrəvanda anlamalıdırlar ki, Türkiyə Azərbaycanın maraqlarına zidd heç bir addım atmayacaq. İrəvanın bəyanatları əməldə təsdiqlənməlidir. Bakı və Ankara məhz bunu gözləyir”, – deyə Türkiyənin keçmiş səfiri əlavə edib.

Aynur Camal

Oxşar xəbərlər

“Dövlət Proqramı kənd təsərrüfatı məhsullarının qiymətlərinə təsir göstərə bilər”

Aynur Camal

“Qurban bayramı birlik, mərhəmət və paylaşma ənənəsinin təcəssümüdür”

Aynur Camal

Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu