Sosial

Türkiyənin media nümayəndələri Xankəndiyə səfər etdi – FOTOLAR

Bu gün Türkiyədən olan bir qrup media nümayəndəsi Qarabağa səfər çərçivəsində Xankəndi şəhərində olub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Hit.az-a verilən məlumata görə, qonaqlar şəhərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, inşa olunan yaşayış və sosial infrastruktur obyektləri ilə yaxından tanış olublar.

Qeyd edilib ki, bu səfər Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV) və Mədəniyyətlərarası Şəbəkə Dərnəyinin birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini, “Böyük Qayıdış” proqramı çərçivəsində görülən tədbirləri və bölgədə formalaşan yeni reallıqları, yerində media nümayəndələrinə nümayiş etdirməkdir.

Mənbə: Hit.az

Aynur Camal

Oxşar xəbərlər

Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək

Aynur Camal

TTKF ilə “Loqos” arasında əməkdaşlıq memorandumu imzalandı

Aynur Camal

Üzü daha gənc göstərən eynək çərçivələri açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu