27 C
Baku
28 İyun 2025, 10:07
Baş xəbərSosial

Türkmənistan nümayəndə heyəti “ASAN xidmət”də

Bugun.tv xəbər verir ki, Türkmənistan Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Hüseyn Rəcəbovun başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb. Həmçinin “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

Qonaqlar “Bilim Bakı” mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, ASAN İnnovativ İnkişaf Mərkəzinin və “ABAD”ın fəaliyyəti ilə yaxından tanış olublar.

Aynur Camal

Oxşar xəbərlər

Bu şəhərdə dənizdə çimmək qadağandır

Bugün TV

Elmdə inqilab edən azərbaycanlı alim

Aynur Camal

13 zəhər taciri tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu