Baş xəbərDünya

Tüstü basmış vaqondan xilas olmaq üçün şüşələri sındırdılar

Bugun.tv-nin əldə etdiyi məlumata əsasən, London metrosunda tüstü panikası yaşanıb.

Belə ki, İngiltərənin paytaxtı Londonda Clapham Common stansiyasında tüstünün yarandığı metroda sərnişinlər şüşələri sındıraraq özlərini çölə atıblar.

Çaxnaşma səbəbindən xəttlərdə fasilələr yaranıb.

Platformadakı sərnişinlər qapıları açmağa çalışarkən, vaqonda olanlar şüşələri sındıraraq çölə çıxa biliblər.

“Transport for London” (TfL) ictimai nəqliyyat operatoru tüstünün yanğından yox, metroda havalandırma fanının nasazlığından qaynaqlandığını açıqlayıb.

Hadisə zamanı xəsarət alan olmadığı bildirilib.

Mənbə: BBC

Aynur Camal

Oxşar xəbərlər

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub

Aynur Camal

Danimarkanın Kaliforniyanı alması üçün 200 mindən çox imza toplandı

Aynur Camal

AB Apple və Meta-nı cərimələdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu