Baş xəbərHadisə

Təbii fəlakət nəticəsində ölənlər var

Bugun.tv xəbər verir ki, Gürcüstanın Şovi bələdiyyəsi ərazisində xilasetmə işləri davam edir, axşam saatlarınadək iki nəfərin cəsədi torpaq altından çıxarılıb, 70-dən çox insan helikopterlər vasitəsilə təhlükəsiz əraziyə köçürülüb.

Bu barədə AzərTAC-a Gürcüstan Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. DİN-in Fövqəladə Halların İdarə Olunması Mərkəzinin rəisi Teymuraz Mqebrişvili bildirib ki, xilasetmə əməliyyatı bütün gecəni davam edəcək.Qeyd edək ki, bir neçə saat əvvəl Şovi ərazisində torpaq sürüşməsi baş verib, çaylar daşıb, yollar, körpülər, kurort zonasındakı kotteclər dağılıb. Son məlumatlara görə, təbii fəlakət zonasında turistlər də daxil olmaqla 100-ə yaxın insan çıxılmaz vəziyyətdə qalıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu