25 C
Baku
20 İyul 2025, 7:31
Baş xəbərDünya

Təbii qaz kəmərində yanğın baş verdi – 112 nəfər xəsarət aldı

Malayziyanın paytaxtı Kuala-Lumpurda təbii qaz boru kəmərinin sızması nəticəsində baş verən yanğın nəticəsində 112 nəfər xəsarət alıb, 47 evə ziyan dəyib.

“Malay Mail” qəzetinin məlumatına görə, paytaxtın Putra yüksəklikləri ərazisində boru kəmərində qaz sızması yanğına səbəb olub.

Selangor əyalətinin polis komissarının müavini Mohd Zayni Əbu Həsən yanğın nəticəsində 112 nəfərin xəsarət aldığını bildirib.

Yerli KİV-lər səhər saatlarında qaz sızması səbəbindən boru kəmərində başlayan alovun 500 metr hündürlüyə çatdığını və bir neçə kilometr uzaqdan göründüyünü bildirib.

Yanğınsöndürmə qruplarının hadisə yerində müdaxiləsini davam etdirdiyi bildirilib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Pilotsuz təyyarənin hücumu nəticəsində yaralananların sayı 4-ə çatdı – qubernator

Bugün TV

Rəisi: “İran ən ucuz və ən sərfəli ticarət və tranzit yoludur”

Aynur Camal

Boeing üzərindəki böhran buludu dağılmır! İndi təyyarənin təkərləri yerə düşüb

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu