Image default
Dünya

Tələbələrə bibər qazı ilə müdaxilə edildi

Fransanın paytaxtı Parisdə polis qrupları Sorbon Universitetinin qarşısında toplaşan Fələstin tərəfdarı tələbələrə qarşı bibər qazından istifadə edib. Sorbonna Universitetinin mühazirə zalında düşərgə salan fəallar universitet rəhbərliyindən Qəzzada “soyqırım”a töhfə vermiş universitetlər və şirkətlərlə ortaqlığa son qoymağı tələb ediblər.

Digər tələbələr də Fələstində tələbə etirazlarının repressiyasına son qoyulmasını və universitetlərin yenidən qurulmasını istəyən fəallara dəstək üçün universitetin qarşısına toplaşıblar. Tələbələr “Rifah, hamımız sizinləyik”, “Hamımız Qəzzanın uşaqlarıyıq” və “Əlcəzair qazandı, Fələstin də qazanacaq” şüarları səsləndirərək Qəzzada dərhal atəşkəs tələb ediblər.

Polis tələbələrə bibər qazı vurub və qalxanları ilə onları universitetin girişindən uzaqlaşdırıb. Polis universitetə ​​daxil olaraq auditoriyada etiraz edən tələbələri zorla oradan çıxarıb. Polis bir tələbəni qol və ayaqlarından tutaraq universitetdən çıxarıb. Hər iki fəal polisin onları aparmasına etiraz olaraq universitetin qarşısındakı yola uzanıb.

Soyadını açıqlamayan Sorbon Universitetinin tələbəsi Yasmine bildirib ki, tələbələr Qəzzada baş verən “soyqırım”a və universitetlərin bu “soyqırım”da iştirakına etiraz edirlər.

Yasmine Sorbon Universitetinin İsrailin silahlanmasına və Fələstin torpaqlarının “işğalına” töhfə verən İsrail universitetləri ilə əməkdaşlıq etdiyinə görə Qəzzadakı “soyqırım”da şərik olduğunu bildirib. Tələbələrin öz universitetlərinin Qəzzada baş verənlərlə bağlı mövqe tutmasını istədiklərini qeyd edən Yasmine, İsrailin Qəzzanın Rəfah bölgəsinə qurudan hücumunu “qırğın” kimi qiymətləndirib. Yasmine, İsrailin Qəzza zolağının yaşayış üçün yararsız hala düşdüyünü vurğulayaraq, polisin Fələstinə dəstək aksiyalarının keçirildiyi şəhərciklərə girməsini “utanc verici” adlandırıb.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna: Rusiya 2022-ci ildən bəri yüzlərlə hərbi əsiri edam edib

Aynur Camal

ABŞ alimi Çində casusluq ittihamı ilə 18 aydır həbsdə saxlanılır

Aynur Camal

ABŞ ilk dəfə döyüşdə dəniz dronlarından istifadə etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu