19 C
Baku
30 Sentyabr 2026, 23:27
Dünya

Təmir zamanı binanın divarından 9 milyon avro dəyərində qızıl tapıldı

Bugun.TV xəbər verir ki, Belçikanın Dendermonde şəhərində köhnə binada təmir işləri aparan fəhlələr divarın içərisində gizlədilmiş, təxminən 9 milyon avro dəyərində qızıl xəzinə aşkar ediblər.

Təmir işləri zamanı binanın zirzəmisindəki divarın içərisində sandıq aşkarlanıb. İnşaat şirkətinin əməkdaşları sandığı açdıqda içərisindən çoxlu sayda qızıl külçə və sikkələr çıxıb.

Hadisə barədə dərhal binanın sahibi və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Polis tərəfindən götürülən qızıllar təhlükəsiz yerə aparılıb.

Şərqi Flandriya Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb. İstintaq zamanı qızılların kimə məxsus olduğu, binada nə vaxt və kim tərəfindən gizlədildiyi, həmçinin xəzinənin qanuni yollarla əldə edilib-edilmədiyi müəyyənləşdiriləcək.

Hazırda təxminən 9 milyon avro dəyərində olduğu bildirilən xəzinənin son sahibinin kim olacağı məlum deyil.

Həmçinin maraqlı məqam isə xəbərin yayılmasından sonra baş verib. Qızılın tapıldığı barədə məlumat yayıldıqdan sonra çoxsaylı insanlar əraziyə gələrək özləri də qızıl axtarmağa başlayıblar.

Mənbə: EnSonHaber⁠

Aynur Camal

Oxşar xəbərlər

ABŞ səfiri Aİ-nin “Avropada istehsal et” siyasətini tənqid etdi

Aynur Camal

Qədim Sardes və Lidiya məzarları dronlarla qorunacaq

Aynur Camal

İranın Hörmüz boğazındakı təsiri zəifləyir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu