beynin cavanlaşması, fiziki aktivlik və beyin, beyin bioloji yaşı, idman və sağlamlıq, MRT beyin araşdırması, demensiya riski, sağlam həyat tərzi
Dünya

Ekspert uzunömürlülüyün əsas amilini açıqladı

Bugun.TV xəbər verir ki, uzunömürlülük üzrə ekspert Den Byuttner insanın nə qədər yaşayacağı ilə qidalanma arasında birbaşa əlaqə olduğunu bildirib.

Byuttnerin sözlərinə görə, sağlam qidalanmanın əsas prinsipi sadədir: səhər padşah kimi, günorta şahzadə kimi, axşam isə yoxsul kimi yemək lazımdır.

Ekspert vurğulayıb ki, insanların 100 yaş və daha çox yaşadığı “mavi zonalar” adlandırılan bölgələrdə səhər yeməyi adətən qidalı, sadə və liflə zəngin olur. O, səhər yeməyi üçün düyü və lobya, yaxud avokadolu tost kimi qidaları nümunə göstərib.

Günorta yeməyində isə keyfiyyətli zülala, mürəkkəb karbohidratlara, faydalı yağlara, tərəvəzlərə və süd məhsullarına üstünlük verilməsi tövsiyə olunur.

Byuttnerin sözlərinə görə, axşam yeməyi isə mümkün qədər yüngül olmalıdır. O, həmçinin günün son qidasının yatmazdan 2–3 saat əvvəl qəbul edilməsini məsləhət görüb.

Mənbə: Health Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

2027-ci ildə tam Günəş tutulmasını haradan izləmək olar?

Aynur Camal

Təmir zamanı binanın divarından 9 milyon avro dəyərində qızıl tapıldı

Aynur Camal

Alimlər Alyaskada minlərlə kiçik zəlzələnin izindən gizli tektonik sərhədi aşkar etdilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu