22 C
Baku
9 Sentyabr 2025, 3:10
Digər

Tərtərdə 20 Yanvar- Ümumxalq Hüzn günündə şəhidlərin xatirəsi ehtiramla anılıb

Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 yanvar faciəsindən 33 il keçir. Keçən bu illər ərzində xalqımız hər il 20 Yanvar- Ümumxalq Hüzn gününü kədər və böyük qürur hissi ilə qeyd edir. Çünki 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət olsa da, həm də Azərbaycan xalqının qəhrəmanlıq manifesti, azadlıq mücadiləsidir.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri ilə birlikdə Azərbaycan tarixinin faciəli, eyni zamanda şərəfli səhifəsi olan 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Tərtər şəhərində Şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksini ziyarət edib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirələri ehtiramla yad olunub, ruhlarına dualar oxunub, abidənin önünə gül dəstələri qoyulub.

Mərasim iştirakçıları burada ümumtəhsil məktəblilərinin 20 Yanvar faciəsinə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgiyə də baxıblar.

Saat 12:00-da rayon ərazisində 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Nigar Məmmədova

Oxşar xəbərlər

Alimlər 165 milyon il əvvəl yaşamış tikanlı dinozavr kəşf etdilər

İntizar Əmirova

QHT Sədri Qızıl Ayparaçıları təbrik etdi

Aynur Camal

İsrail Trampın İranla hərbi əməliyyatları dayandırmaq təşəbbüsünü qəbul edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu