Bugun.tv xəbər verir ki, Hatayın Belen, Mersinin Gülnar və Çanaqqalanın Kızılkeçili kəndində dünən başlayan meşə yanğınları hələ də davam edir. Bir çox qrup yanğınları nəzarət altına almaq üçün gecə saatlarından etibarən müdaxilələrini davam etdirir. Yaşayış məntəqələrini təhdid edən yanğında ilkin müəyyənləşmələrə görə 7 ev yanıb, 4 avtomobilə ziyan dəyib.
TRT Haberin məlumatına görə, bundan əlavə, söndürmə işlərinə dəstək üçün bölgəyə gedən çiləyicinin avtomobillə toqquşması nəticəsində avtomobildə olan körpənin həyatını itirdiyi bildirilib.
Müxbir: Şəms Elnurqızı
