Hadisə

Üç metr uzunluğundakı timsah balıqçının əlini dişlədi

Bugun.tv xəbər verir ki, ABŞ-ın Florida ştatında timsah qolf meydançasında gölməçədə balıq tutan balıqçıya hücum edib. Bu barədə Fox 35 Orlando məlumat yayıb.

Təxminən üç metr uzunluğundakı timsah tutulan balığı sudan çıxarmaq istəyən şəxsə cumub. O, balıqçının əlindən tutub əlini dişləyib.

Hadisə şahidləri dərhal təcili yardım xidmətinə zəng edərək hadisə barədə məlumat veriblər. Zərərçəkmiş helikopterlə Orlandodakı xəstəxanaya aparılıb.

Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyasının əməkdaşları bir insana hücum edən timsahı evtanaziya etməyə məcbur olublar.

Mənbə lenta.ru

Aynur Camal

Oxşar xəbərlər

Evdə keçirilən məclisə silahlı hücum: 11 ölü

Aynur Camal

Güclü tayfun yaxınlaşır: daşqın və sürüşmə təhlükəsi artır

Aynur Camal

Suriyada yanacaq bahalaşmasına qarşı etirazlar başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu