Baş xəbərDünyaMədəniyyət

Üçlük üçbucağının arasındakı gərginlik bitmir

Müğənni Selena Gomez, model Hailey Bieber və fenomen Kylie Jenner üçbucağının arasındakı gərginlik sosial medianın gündəmindən düşmür.

Bugun.tv xəbər verir ki, Selena və Haileyin məsələsi isə alovu daha da yüksəldib. Buna səbəb Selenanın qalmaqalın uzanmasını istəməməsidir. Hailey Selenanın xəstəliyi və ya çəkdiyi videolar üzərindən ona lağ etmək istəmədiyini açıqlasa da, model günbəgün izləyici itirir.

Sosial mediada bullinqə məruz qalan Selena isə bütün danışılanlara cavab olaraq paylaşım etmək məcburiyyətində qalıb. Belə ki, qəlbinin qırıldığını söyləyən müğənni “Xahiş edirəm ki, başqalarının ağıl sağlığını düşünərək hərəkət edin. Qəlbim qırılıb, bəsdir artıq. Hər kəs üçün ən yaxşısını diləyirəm. Hər kəsə sevgilər”, – deyə, vurğulayıb.

Qeyd edək ki, Selena Gomezin keçmiş sevgilisi Justin Bieber Hailey Baldwin ilə 5 ildir evlidir.

Aynur Camal

Oxşar xəbərlər

Nizami Kino Mərkəzində 500 nəfərlik “Mikrosahibkarların Forumu” keçiriləcək

Aynur Camal

Məhəmməd Əsədullazadə: İran sonu bilinməyən bir yola çıxıb

Aynur Camal

Rusiyanın Kiyevə hava hücumu nəticəsində 2 nəfər öldü, 10 nəfər yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu