Bugun.tv xəbər verir ki, Nepalda buz və qaya uçqunu güclü selə səbəb olub. Təbii fəlakət nəticəsində ən azı 8 nəfərin öldüyü, yüzlərlə insanın isə itkin düşdüyü bildirilir.
Associated Press yazır ki, uçqun nəticəsində çayların səviyyəsi kəskin yüksəlib və ətraf ərazilərdə böyük dağıntılar yaranıb. Bir sıra yaşayış məntəqələri sel sularının və dağıntıların altında qalıb.
Xilasetmə qrupları itkin düşən insanların axtarışlarını davam etdirir. Dağlıq ərazidə yolların və körpülərin zədələnməsi xilasedicilərin işini çətinləşdirir.
Mütəxəssislər iqlim dəyişikliklərinin Himalay bölgəsində buzlaqların və dağlıq ərazilərin sabitliyinə təsir göstərdiyini bildirirlər. Nepal son illərdə güclü yağışlar, daşqınlar və sürüşmələrlə daha tez-tez üzləşir.
Hazırda əsas diqqət itkin düşən insanların tapılmasına və təhlükəli ərazilərdə yaşayan sakinlərin təxliyəsinə yönəlib.
Mənbə: ApNews
