26 C
Baku
19 Sentyabr 2026, 13:37
Dünya

Ukrayna hava hücumundan müdafiə raketlərini özü istehsal edə biləcək

Bugun.tv xəbər verir ki, Avropa ölkələri və ABŞ Ukraynaya uzunmənzilli raketlərin və hava hücumundan müdafiə sistemlərinin lisenziya əsasında istehsalına icazə verməyə razılıq veriblər.

Məlumata görə, qərar Ukraynanın raket ehtiyatlarında yaranan çatışmazlığın aradan qaldırılması məqsədi daşıyır. Almaniya kansleri Fridrix Merts və digər Qərb liderləri Kiyevə dəstəyin davam etdiriləcəyini bildiriblər.

Ukrayna Prezidenti Volodimir Zelenski yaxın günlərdə Brüsseldə keçiriləcək görüşlərdə əlavə 20 milyard dollar həcmində hərbi yardım ayrılması məsələsini qaldıracaq. Eyni zamanda Avropa İttifaqında ukraynalı qaçqınların müvəqqəti müdafiə statusunun uzadılması da müzakirə edilir.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Rusiya Ermənistandakı şirkətləri ilə bağlı xəbərdarlıq etdi

Aynur Camal

Avropa banklarının ABŞ bankları ilə rəqabəti üçün böyüməsi tələb olunur

Aynur Camal

Aİ enerji şirkətlərinə əlavə vergi tətbiqini müzakirə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu