25 C
Baku
27 İyul 2024, 5:04
Dünya

 Ukrayna ilk dəfə Rusiyaya qarşı ABŞ silahlarından istifadə edib 

“İSNA” Rusiya mənbələrinə istinadən xəbər verir ki, Ukrayna ilk dəfə olaraq Rusiya daxilindəki hədəflərə qarşı ABŞ istehsalı olan silahlardan istifadə edib.

Rusiya Müdafiə Nazirliyi və Ordusunun məlumatına görə, Ukrayna dünən uzaqmənzilli raket sistemi olan HIMARS ilə axşam saatlarında bu ölkə ilə sərhəddə yerləşən Rusiyanın Belqorod şəhərini hədəfə alıb.

“Forbes” jurnalı bildirib ki, Ukrayna ABŞ prezidenti Co Baydenin icazəsindən bir neçə saat sonra bu əməliyyata başlayıb.

“The Telegraph” qəzeti isə qeyd edib ki, rusiyalı müharibə müxbiri Yevgeni Poddubni öz “Telegram” hesabında paylaşım edərək yazıb ki, düşmən Rusiya ərazisinə Qərb istehsalı olan silah sistemlərindən istifadə etməyə başlayıb. O, Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələrinin 10 raketi məhv etdiyini də iddia edib.

Mənbə: Azad İran

Aynur Camal

Oxşar xəbərlər

Zombi maralları ABŞ-ı ələ keçirdi

Bugün TV

Şimali Koreya cənub qonşularına hədiyyə olaraq səmaya 150 peyin şarı göndərib

Aynur Camal

Qəzzada qırğın və soyqırım: 37 min 431 şəhid

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu