27 C
Baku
23 Sentyabr 2026, 16:08
Baş xəbərDünya

Ukrayna lideri Zelenski müharibənin 1000-ci günündə Avropa və Rusiyaya zəng etdi

Ukrayna lideri Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin hərbi əmri ilə başlayan Ukraynaya işğal cəhdinin 1000-ci günündə Avropa Parlamentində (AP) çıxış edib. Zelenski Avropa ölkələrini Rusiyaya qarşı sanksiyaları artırmağa çağırsa da, Ukraynanın heç vaxt boyun əyməyəcəyini deyib. Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsinin 1000-ci günündə Avropa Parlamentində (AP) çıxış edib. Müharibə başlayandan bəri ölkəsinə verdiyi dəstəyə görə təşəkkür edərək sözə başlayan Zelenski, “Bütün Avropa, Amerika və dünyadakı tərəfdaşlarımızla birlikdə nəinki Putinin Ukraynanı ələ keçirməsinin qarşısını ala bildik, həm də bütün Avropa xalqlarının azadlığını müdafiə etmək yolunda gedirik ” deyib.

Şimali Koreyanın müharibədə iştirakına işarə edən Zelenski, “Şimali Koreya lideri Kim Çen In yanında olsa belə, Putin Avropanın ümumi gücündən kiçikdir. Bunu unutmamağı və Avropanın nə qədər böyük olduğunu unutmamağı tövsiyə edirəm” deyib.

Rusiyanın Ukrayna sərhəddinə 11 min Şimali Koreya əsgəri yerləşdirdiyini deyən Zelenski, “Bəzi Avropa liderləri Ukraynanın zərərinə bəzi seçkilər və ya buna bənzər şeylər düşünərkən bu rəqəm 100 minə qədər arta bilər. Putin bütün diqqətini bunu qazanmağa yönəldib. O, tək başına dayanmayacaq” deyən Zelenski xəbərdarlıq etdi.

Putinin avropalı tərəfdaşların dəstəyinə baxmayaraq, müharibəni bitirmək üçün təqdim etdiyi Sülh Formulasına qarşı çıxdığını xatırladan Zelenski, “Rusiyanı buna məcbur etməliyik. Rusiyadan gələn hər zərbə və hər təhdid daha çox sanksiyalarla cavablandırılmalıdır” deyib.

Zelenski Rusiyanın təcavüzünə heç vaxt boyun əyməyəcəklərini də bildirib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Əsədullazadə: İrana qarşı yeni hücumlar nüvə silahı əldə etmək cəhdini sürətləndirə bilər

Aynur Camal

Yer kürəsinin formasında qeyri-adi dəyişiklik aşkarlandı

Aynur Camal

Avtobuslarda yüksək səslə musiqiyə 500 dollara qədər cərimə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu