Digər

Ukrayna ordusunun hazırda 880 min şəxsi heyəti var – Zelenski Alman mediasına bildirib

Bugun.tv xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanın ARD telekanalına müsahibəsində bildirib ki, hazırda Ukrayna ordusunun sayı təxminən 880 min hərbçidir.

“880 min əsgərimiz var; bu, demək olar ki, bir milyonluq ordudur”. O, ordunun gücü ilə bağlı suala cavab verib. “Bundan başqa, hazırda dəqiq rəqəm deyə bilməsəm də, 30 milyon nəfərlik işçi qüvvəmiz var. Təxminən 6,5-7,5 milyon insan xaricə köçüb və yenə də dəqiq rəqəm deyə bilmərəm” deyə Zelenski əlavə edib.

Daha əvvəl Ukrayna prezidenti bildirib ki, Ukrayna quru qoşunları 2023-cü ilin dekabrında 600 min nəfərdən ibarət olub.

2022-ci ilin fevralında Ukrayna silahlı qüvvələrinin sayı təxminən 260 min. O cümlədən 250 mini quru qoşunları idi.

Mənbə tass

Müxbir Qaytən Qsımzadə

Bugün TV

Oxşar xəbərlər

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Məhəmməd Əsədullazadə: Netanyahu Rusiyaya qarşı sanksiyalar məsələsində ABŞ siyasətinə təsir göstərə bilər

Aynur Camal

Məhəmməd Əsədullazadə: Netanyahu Türkiyəyə F-35 verilməsinin qarşısını almağa çalışır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu