Baş xəbərHadisə

Ukrayna: “Rusiya 20 raket hücumu etdi, 12 Kalibr raketi vuruldu”

Bugun.tv xəbər verir ki, Ukrayna Baş Qərargahı Rusiyanın 20 raket hücumu təşkil etdiyini və 12 Kalibr tipli raketin vurulduğunu bildirib.

Açıqlamada, Rusiya qüvvələrinin də Ukraynaya 62 hava hücumu təşkil etdiyi, Rusiya ordusunun 4 Şahed tipli pilotsuz uçuş aparatından istifadə etdiyi və bunların hamısının qarşısının alındığı deyilib.

Rusiya hərbçiləri Ukrayna əsgərlərinin mövqelərini və yaşayış məntəqələrini çoxlüləli raket sistemlərindən 68 dəfə atəşə tutub, hücumlar nəticəsində ölən və yaralananlar olub, mülki infrastruktur obyektləri dağıdılıb.

Açıqlamaya görə, son 24 saat ərzində cəbhə xəttində Rusiya və Ukrayna hərbçiləri arasında 30-dan çox toqquşma baş verib.

Bugün TV

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan qarşılıqlı müdafiə sazişi imzaladı

Aynur Camal

Məktəbdə silahlı hücum: 14 yaşlı yeniyetmə 7 nəfəri öldürdü

Aynur Camal

Prezident İlham Əliyev Media və Yayım Şurası ilə bağlı fərmanı təsdiqlədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu