Baş xəbərDünya

Ukrayna Rusiya ordusunun radar sistemlərini məhv edib

Ukrayna Müdafiə Nazirliyi Rusiya ərazisində yerləşən radar sistemlərinə hücum zamanı hərbi zonada yerləşən 2 radar sistemini məhv etdiklərini açıqlayıb.

Açıqlamada Rusiyanın Moskva vilayətinin Dolqoprudnıy şəhərində hərbi hissənin yerləşdiyi ərazidə güclü partlayışın baş verdiyi bildirilib.

Partlayış zamanı ittifaq ərazisində yerləşdirilən 2 “Valday” radar sisteminin məhv edildiyi, “PUA-ların 24 saat avtomatik aşkarlanması və zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş 2 rusiyalı “Valday” radar kompleksinin partlayıcı qurğu ilə məhv edildiyi bildirilib.

Açıqlamada, partlayışın baş verdiyi hərbi hissənin Moskvanın hava məkanının təhlükəsizliyinə cavabdeh olduğu qeyd edilib.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Böyük Britaniya Ukraynaya qışa hazırlıq üçün 71 milyon dollar ayırdı

Aynur Camal

Ukrayna Rusiyada “Yandex”in məlumat mərkəzinə zərbə endirdi

Aynur Camal

Rusiyanın Ukraynaya hücumları nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu