9 C
Baku
21 Dekabr 2025, 15:49
Dünya

Ukrayna: Rusiya ordusunun Sumı şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 4 nəfər öldü

Rusiya ordusunun Ukraynanın Sumı şəhərinə həyata keçirdiyi hava hücumunda 4 nəfərin öldüyü, 9 nəfərin yaralandığı açıqlanıb. Ukrayna Fövqəladə Hallar Xidmətinin (DSNS) Telegram hesabından verilən açıqlamada Rusiya ordusunun gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın Sumı şəhərinə hücum təşkil etdiyi bildirilib.

Açıqlamada hücumun şəhərdə 10 mərtəbəli yaşayış binasına edildiyi, hücum nəticəsində 4 nəfərin öldüyü, 9 nəfərin yaralandığı bildirilib.

Digər tərəfdən, Ukrayna prezidenti Vladimir Zelenski Telegram hesabında paylaşdığı açıqlamada Rusiyanın Sumiyə hücumuna reaksiya verib.

Hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edən Zelenski hücumu dəhşətli faciə kimi qiymətləndirib.

Zelenski mesajında ​​”Dünyanın bu terrora görə Rusiyaya təzyiq etməkdən çəkinməməsi çox vacibdir. Ukraynaya və ukraynalılara dəstək verən bütün liderlərə minnətdaram” deyib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Yanacaqdoldurma məntəqələrində qaz çatışmazlığı yaranıb

Bugün TV

Volodimir Zelenski çinli həmkarı ilə telefon danışığı aparıb

Bugün TV

Milli paraşütçü faciəvi şəkildə öldü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu