14 C
Baku
28 Mart 2024, 17:43
Baş xəbər

Müharibədə iştirak edən soydaşlarımızı Ukrayna Müdafiə Naziri təltif etdi

Əslən Qubanın Nüqədi kəndindən olan Əmirşahov Vitali Maşallah oğlu və onun kiçik qardaşı Ramin  Dnepr şəhərində doğulub, elə orada da yaşayırlar. Qardaşlar Ukrayna savaşında iştirak etdiklərinə görə Ukrayna Müdafiə Nazirliyi tərəfindən təltif olunublar. Vitali “Yüksək hörmət”, Ramin isə Ukrayna uğrunda döyüşlərdə yaralandığına görə medala layiq görülüblər.

Ramin artıq sağalaraq yenidən döyüşlərə qatılıb. Vitali isə ağır yaralıdır.

Bu barədə Bugun.tv-yə “Birlik” Odessa azərbaycanlıları diaspor təşkilatının sədr müavini Anar Natiqoğlu məlumat verib.

Xatırladaq ki, Vitali ötən ilin sentyabrında Prezident Zelenski tərəfindən ” Ukraynaya xidmətə görə” medalı ilə təltif edilmişdi.

Nigar Məmmədova

Oxşar xəbərlər

Xankəndi-Laçın yolundan 451 avtomobil maneəsiz keçid edib

Aynur Camal

Külli miqdarda narkotika haradan əldə edildi?

Bugün TV

“Məhv olmuş ömür. Narkotikə YOX de!” adlı film çəkiləcək

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu