10 C
Baku
17 Aprel 2025, 22:56
Siyasət

Ukrayna Silahlı Qüvvələrinin üzvlərinə ölüm hökmü

Qondarma “Donetsk Xalq Respublikası”nda Ukrayna tərəfində vuruşan və əsir düşən iki Britaniya və bir Mərakeş vətəndaşına  keçirilən məhkəmə yekunlaşıb. Hər üç şəxsə ölüm cəzası verilib.

Bugün.tv BBC-yə istinadən xəbər verir ki, britaniyalılar Şon Pinner və Eyden Aslin, həmçinin Mərakeş vətəndaşı Saadun Brahim Ukrayna silahlı qüvvələrinin üzvləridir və Rusiya ilə müharibə başlamazdan öncə müvafiq müqavilələr imzalayıblar.

Məhkəmə olduqca qısa müddət ərzində yekunlaşıb və jurnalistlərə qapalı keçirilib. Məhkəmədən gələn bütün xəbərlər yalnız Rusiya dövlət mediası vasitəsilə təhrif olunmuş şəkildə çatdırılıb.

Şon Pinner və Eyden Aslin Britaniya baş naziri Boris Consondan ukraynalı siyasətçi Viktor Medvedçukla dəyişdirilmələrini xahiş ediblər. Sonuncu hazırda hazırda dövlətə xəyanətdə şübhəli bilinərək Ukraynada həbsdədir.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

ABŞ Rusiyanın kosmosda nüvə silahı yerləşdirməyi planlaşdırdığını iddia edir — ABC

Bugün TV

“General-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzaladı

Kəmalə Sultan

Pentaqondan sızan sənədlərdə diqqət çəkən detallar

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu