Qondarma “Donetsk Xalq Respublikası”nda Ukrayna tərəfində vuruşan və əsir düşən iki Britaniya və bir Mərakeş vətəndaşına keçirilən məhkəmə yekunlaşıb. Hər üç şəxsə ölüm cəzası verilib.
Bugün.tv BBC-yə istinadən xəbər verir ki, britaniyalılar Şon Pinner və Eyden Aslin, həmçinin Mərakeş vətəndaşı Saadun Brahim Ukrayna silahlı qüvvələrinin üzvləridir və Rusiya ilə müharibə başlamazdan öncə müvafiq müqavilələr imzalayıblar.
Məhkəmə olduqca qısa müddət ərzində yekunlaşıb və jurnalistlərə qapalı keçirilib. Məhkəmədən gələn bütün xəbərlər yalnız Rusiya dövlət mediası vasitəsilə təhrif olunmuş şəkildə çatdırılıb.
Şon Pinner və Eyden Aslin Britaniya baş naziri Boris Consondan ukraynalı siyasətçi Viktor Medvedçukla dəyişdirilmələrini xahiş ediblər. Sonuncu hazırda hazırda dövlətə xəyanətdə şübhəli bilinərək Ukraynada həbsdədir.