35 C
Baku
20 İyul 2025, 11:38
Baş xəbərDünya

Ukrayna təsdiqlədi: Şimali Koreya əsgərləri döyüş meydanında

Ukraynanın müdafiə naziri Rustem Umerov Ukrayna və Şimali Koreya qoşunlarının cəbhədə kiçik miqyaslı qarşıdurmada olduğunu təsdiqləyib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Şimali Koreyanın Rusiya tərəfində müharibəyə qoşulduğunu və Kurskda ilk dəfə atəşə tutulduğunu açıqlayıb. Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya əsgər göndərdiyi xəbəri gündəmdə qalarkən, Ukrayna hökumətindən mövzu ilə bağlı tənqidi açıqlama gəlib.

Cənubi Koreyanın rəsmi mətbuatına açıqlama verən Ukrayna müdafiə naziri Rustem Umerov Ukrayna və Şimali Koreya əsgərlərinin ilk dəfə cəbhədə üz-üzə gəldiyini təsdiqləyib.

Ukrayna və Şimali Koreya əsgərlərinin “kiçik miqyaslı qarşıdurmada” olduğunu deyən Umerov, “münaqişənin bütün qüvvələrin səfərbər olunduğu sistematik şəkildə təşkil edilmiş münaqişə səviyyəsində olmadığını” bildirib. Münaqişənin vaxtı və yeri, hadisənin “Şimali Koreyanın müharibəyə girməsi” olduğunu söylədi, “bu, onun iştirakının başlanğıcı sayıla bilərmi” sualına “hə” cavabını verdi.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko sosial media platformasında verdiyi açıqlamada belə deyib.

Mənbə: Hurriyet.Tr

Aynur Camal

Oxşar xəbərlər

Ölkənin ən təhlükəli məhbusları qaçdı!

Aynur Camal

Nazir: Rəqabət Məcəlləsi antiinhisar fəaliyyəti sahəsində tənzimləyici çərçivə olacaq

Bugün TV

Apple elan etdi: süni intellekt funksiyası iPhone-a gəlir

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu