21 C
Baku
27 İyun 2025, 22:50
Baş xəbərSiyasət

Ukrayna Xarici İşlər Naziri: “Ölkələr Rusiyasız taxıl ixracını müzakirə edirlər”

Bugun.tv xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba, Ukrayna və digər ölkələrin Rusiyasız taxıl ixracatını bərpa etmək üçün danışıqlar apardığını açıqlayıb.

Kuleba bu barədə Nyu Yorkda, Birləşmiş Millətlər Təşkilatının (BMT) binasında mətbuata açıqlama verib.

Rusiyanın Qara Dəniz Taxıl Dəhlizi Müqaviləsini ləğv etdikdən sonra Ukrayna taxılının qlobal bazarlara çatdırılmasının vacib olduğunu deyən Kuleba bunun üçün siyasi iradənin lazım olduğunu bildirib.

“Rusiya razılaşmadan çıxdı. Türkiyə, BMT, Ukrayna və ya digər ölkələr ya mövcud çərçivədən istifadə edə bilər, ya da yeni bir təşəbbüs irəli sürə bilər. Təbii ki, ən böyük problem odur. Ümumilikdə, bütün variantlar müzakirə olunur”.

Mövcud vəziyyətin davam etdirilə bilməyəcəyinə işarə edən Kuleba, “Risk almalıyıq və Rusiya olmadan da davam edə biləcəyimizi göstərməyi bacarmalıyıq”,- deyib.

O bəzi BMT-yə üzv ölkələrin onlara silah vermənin müharibəyə səbəb olduğu düşüncəsində olduğunu bildirib. Əslində isə Ukraynaya silah verilməməsinin ölkənin müharibəni uduzaraq müdafiəsiz qalacağı anlamına gəldiyini vurğulayıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Taksi sürücüsü qadını döydü

Könül Kərimova

Putin: “Vaqner muzdlu qruplaşması qanuni olaraq mövcud deyil”!

Elnarə Dərziyeva

Saxta dərman əməliyyatı: 11 nəzarətə alındı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu