Baş xəbərDünya

Ukrayna XİN: “Rusiyanın ərazilərimizdə seçki keçirməsi qanunsuzdur”

Rusiyanın işğal olunmuş ərazilərimizdə prezident seçkilərini keçirmək qərarı qeyri-qanunidir.

Bugun.tv xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Ərazilərimizdə Rusiya seçkilərinin keçirilməsi Ukrayna Konstitusiyasını və qanunvericiliyini, beynəlxalq hüququn norma və prinsiplərini, xüsusən də BMT Nizamnaməsini kobud şəkildə pozur. Bu seçki prosesi, keçmişdəki digər oxşar təbliğat cəhdləri kimi etibarsız sayılacaq”, – məlumatda bildirlib.

Qeyd edilib ki, Rusiya Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində – Krım Muxtar Respublikasında, Sevastopolda, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin müəyyən ərazilərində səsvermə məntəqələri təşkil etmək niyyətlərini açıqlayıb.

Xatırladaq ki, Rusiya Mərkəzi Seçki Komissiyası növbəti prezident seçkilərinin 2024-cü il martın 17-də keçiriləcəyini elan edib.

Aynur Camal

Oxşar xəbərlər

Nikol Paşinyan: “Xəyal dünyamızdan çıxıb reallıqları görməliyik”

Aynur Camal

Kömürü qaza çevirməyi hədəfləyən 3,9 milyard dollarlıq layihəyə start verildi

Aynur Camal

Putin: Strateji nüvə qüvvələrimizi inkişaf etdirməyə davam edəcəyik

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu