25 C
Baku
27 İyul 2024, 4:24
Digər

Ukraynada məhkəmə Radanın keçmiş deputatını universitetdə işə bərpa etməkdən imtina etdi

Bugun.tv xəbər verir ki, Lvovun Qalitski Rayon Məhkəməsi Ukrayna Ali Radasının keçmiş deputatı İrina Farionu Lvov Politexnik İnstitutunun Humanitar və Sosial Elmlər İnstitutunun Ukrayna dili kafedrasının professoru vəzifəsinə bərpa etməkdən imtina edib. Bu barədə “Public” məhkəmənin qərarına istinadən xəbər verir.

Keçmiş Rada deputatı 2023-cü il dekabrın 7-də işdən çıxarılması ilə bağlı apellyasiya şikayəti verib. O, rektorun işdən çıxarılması ilə bağlı verdiyi əmrin qanunsuz hesab olunmasını və ləğv edilməsini istəyib. Vəzifəsinə bərpa olunmasını və məcburi məzuniyyətin bütün dövrü üçün orta əmək haqqının universitetə ​​qaytarılmasını tələb edib.

İrina Farion öz Telegram kanalında məhkəmə qərarını şərh edib. Apellyasiya şikayəti verməyi planlaşdırdığını bildirib. Onun fikrincə, hakimin sözləri “hüquqi əsaslandırma ilə heç bir əlaqəsi yoxdur” və sifarişli siyasi jurnalistikadır.

“Apellyasiya şikayəti olacaq. Mən işə bərpa olunmaq üçün mübarizə aparmıram, çünki mənim vəzifəm çoxdan sadəcə İrina Farion olub. Mən haqq-ədalət uğrunda mübarizə aparıram”, – deyə eks-deputat bildirib.

Yanvar ayında İrina Farion Lvivi diversantlar şəhəri adlandırıb. O, bunun səbəbini ünsiyyət üçün rus dilini seçən çoxlu şəhər sakinlərin olduğunu bildirib.

Mənbə lenta.ru

İntizar Əmirova

Oxşar xəbərlər

İsrailli mühacirlər Ramallah yaxınlığındakı kəndə hücum etdilər

Bugün TV

Rus qoşunları Ukraynaya aid hərbi texnikaları ələ keçirdi

Nigar Məmmədova

Ağ Ev Səudiyyə-İsrail münasibətlərinə belə aydınlıq gətirdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu