Ukrayna, Rusiya, Boris Conson, Karl Bildt, qatar hücumu, Polşa sərhədi, Yahodın, pilotsuz uçuş aparatı
Hadisə

Ukraynada qatara zərbə endirildi

Bugun.tv xəbər verir ki, Rusiya pilotsuz uçuş aparatının Ukraynanın Polşa sərhədinə yaxın Yahodın stansiyasında qatar lokomotivinə zərbə endirdiyi bildirilir. Hadisə Avropadan olan yüksək vəzifəli şəxsləri daşıyan diplomatik qatar stansiyadan ayrıldıqdan qısa müddət sonra baş verib.

Associated Press-in məlumatına görə, diplomatik qatarda Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson, İsveçin keçmiş baş naziri Karl Bildt və bir sıra Avropa İttifaqı ölkələrinin təhlükəsizlik müşavirləri olub. Onlar Kiyevdə keçirilən Yalta Avropa Strategiyası konfransından qayıdırdılar. Qatar təhlükə səbəbindən planlaşdırıldığından daha əvvəl stansiyadan çıxıb.

Ukraynanın dövlət dəmir yolu şirkəti “Ukrzaliznitsya” bildirib ki, diplomatik qatarın mümkün hədəf olması ehtimal edilir. Şirkətin məlumatına görə, hücumdan əvvəl sərnişinlərin təxliyəsi ilə bağlı xəbərdarlıq verilib.

Zərbə nəticəsində başqa bir qatarın lokomotivi sıradan çıxıb. Həmin qatardakı sərnişinlərin təxliyə edildiyi və hadisə zamanı ölən və ya yaralanan olmadığı açıqlanıb.

Hadisə zamanı keçmiş ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Devid Petreusun da Yahodın stansiyasında başqa qatarda olduğu bildirilib. Onun olduğu qatar hücuma məruz qalmayıb.

Boris Conson hadisəyə münasibət bildirərək Rusiyanın Ukraynanın Polşa sərhədinə yaxın ərazidə hərəkətsiz lokomotivə zərbə endirməsini pisləyib və Ukraynaya daha çox hava hücumundan müdafiə vasitələrinin verilməsinə çağırış edib.

Polşa və Ukrayna rəsmiləri hücumun sərhəddən təxminən iki kilometr məsafədə baş verdiyini bildiriblər. Hadisə Varşavada narahatlıq yaradıb və Polşa Baş naziri Donald Tusk təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün təcili toplantı keçirib.

Rusiya tərəfi isə Qərbdən Ukraynaya hərbi yüklərin daşınması üçün istifadə olunan qərbi Ukraynadakı dəmir yolu infrastrukturunun hədəfə alındığını bildirib. Diplomatik qatarın xüsusi olaraq hədəf seçilib-seçilmədiyi isə müstəqil şəkildə təsdiqlənməyib.

Mənbə:  Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Sərnişin qatarı lokomotivlə toqquşdu: 8 nəfər yaralandı

Aynur Camal

Okinavada ABŞ hərbçisinin həbsi Yaponiyada narazılıq yaratdı

Aynur Camal

Park yeri mübahisəsi qanlı nəticələndi: 12 yaşlı qız öldürüldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu