18 C
Baku
17 Sentyabr 2025, 18:44
Baş xəbərDünya

Ukraynadan Rusiyaya əməliyyat: Yanacaq çənləri daşıyan bərə vurdular

Ukrayna Rusiyanın cənubundakı Krasnodar vilayətindəki Kavkaz limanına hücum edib. Hücumda 30 yanacaq çəni olan bərə vurulub. Hücumdan sonra limanda yanğın baş verib. Limanın yerləşdiyi Temryuk şəhərinin inzibatçısı Fyodor Babenkov hücumu təsdiqləyib.

Kuban Bölgəsi Əməliyyat Qərargahından verilən yazılı açıqlamada bərəyə yanacaq çənlərinin yükləndiyi ifadə edilərək, “Kavkaz Limanında dəmir yolu nəqliyyatında istifadə edilən yanacaq çənləri ilə yüklənmiş bərə hücum nəticəsində batıb.”

Hücumdan sonra limandakı bütün işçilər təxliyə edilərkən, yanğınla mübarizə üçün əraziyə 100-dən çox yanğınsöndürən və xüsusi qatar göndərilib. Hücum nəticəsində ölən və ya yaralanan olub-olmadığı barədə hələlik məlumat yoxdur.

Rusiyanın Qara dənizdəki ən böyük çıxış nöqtələrindən biri kimi tanınan Kavkaz Limanı Krıma həm ixrac, həm də yanacaq doldurmaq üçün gəmilərə xidmət edir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Əlcəzair prezidenti Rusiyaya səfər edəcəyini bildirdi

Nigar Məmmədova

İsrail ordusundan etiraf: HƏMAS bir ideyadır, onu məhv etmək olmaz

Aynur Camal

“Xidmətim xalqa, qiymətim haqqa”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu