Warning: include_once(/home/u344819528/domains/bugun.tv/public_html/wp-includes/init.php): Failed to open stream: No such file or directory in /home/u344819528/domains/bugun.tv/public_html/wp-config.php on line 92

Warning: include_once(): Failed opening '/home/u344819528/domains/bugun.tv/public_html/wp-includes/init.php' for inclusion (include_path='.:/opt/alt/php83/usr/share/pear:/opt/alt/php83/usr/share/php:/usr/share/pear:/usr/share/php') in /home/u344819528/domains/bugun.tv/public_html/wp-config.php on line 92
Ukraynalı hərbçilərin övladlarının ilk qrupu Azərbaycana yola salınıb - BuGün TV
Baş xəbərSiyasət

Ukraynalı hərbçilərin övladlarının ilk qrupu Azərbaycana yola salınıb

Bugun.tv xəbər verir ki, Ukrayna Ali Radası sədrinin müavini Olena Kondratyuk Ukraynadan Azərbaycana istirahətə gedən ukraynalı hərbçilərin övladlarının ilk qrupunu yola salıb.Ukrayna Ali Radasından AZƏRTAC-a verilən məlumata görə, valideynləri hazırda cəbhədə olan, o cümlədən Ukraynanın həlak olmuş hərbçilərinin uşaqları da daxil olmaqla, Kiyevdən Bakıya 30 uşaq yola düşüb. İki həftə ərzində onları zəngin istirahət proqramı, ölkə ilə tanışlıq və psixoloji reabilitasiya gözləyir.

“Hazırda bu uşaqların ən çox ehtiyacı olan şey budur – diqqət, qayğı, daha çox gülümsəmək. Birinci qrup uşaqlar getdi. Bu il daha ikincisi olacaq. Biz, həmçinin Azərbaycanda Ukrayna hərbçilərinin reabilitasiyası və protezləşdirilməsi üzrə kompleks proqramın işə salınmasına hazırlaşırıq”, – deyə Olena Kondratyuk bildirib.

Vitse-spiker qeyd edib ki, Azərbaycan Ukraynanın dost və strateji tərəfdaşıdır, ona görə də valideynlər, qohumlar və müşayiətçilər narahat olmasın.“Onlar bizi yaxşı başa düşürlər və müharibə uşaqları ilə işləməkdə böyük təcrübəyə malikdirlər. Uşaqlara xoş istirahətlər, həmyaşıdları ilə dostluq etmək, yeni bir şey kəşf etmək və sadəcə, yaxşı vaxt keçirməyi və müsbət emosiyalar qazanmağı arzulayıram!” – deyə Ali Radanın müavini vurğulayıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: İranda mühafizəkarlar ABŞ-la memorandumun pozulmasına çalışırlar

Aynur Camal

Vüqar Bayramov: Məsafədən kreditləşmədə yeni qaydalar kiberdələduzluğun qarşısını almağa xidmət edir

Aynur Camal

Pakistan Əfqanıstan sərhədində hava zərbələri endirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu