Image default
Dünya

Ukraynanın hava hücumundan müdafiəsinə 306 milyon dollar ayrıldı

Norveç hökuməti Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi üçün 306 milyon dollar həcmində maliyyə dəstəyi ayıracağını açıqlayıb.

Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra danışan Norveçin Baş naziri Yonas Qar Störe bildirib ki, hökumət bu qərarı iyulun 7-də qəbul edib.

Baş nazir qeyd edib ki, Ukrayna pilotsuz uçuş aparatları və qanadlı raketlərin əksəriyyətini zərərsizləşdirə bilsə də, ballistik raketlərə qarşı daha güclü müdafiə sistemlərinə ehtiyac duyur.

Yonas Qar Störenin sözlərinə görə, ballistik raketlərdən müdafiənin gücləndirilməsi hazırda Ukraynanın ən vacib ehtiyaclarından biridir və Norveç bu istiqamətdə maliyyə dəstəyi göstərərək Kiyevin müdafiə imkanlarının artırılmasına töhfə verəcək.

Qərarın NATO-nun Ankarada keçirilən sammiti fonunda elan olunması müttəfiq ölkələrin Ukraynaya hərbi dəstəyinin davam etdirilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Marin Le Pen 2027-ci il Fransa prezident seçkilərində namizəd olacağını açıqladı

Aynur Camal

Tramp: Putinlə çox yaxşı danışıq apardım, Ukrayna ilə bağlı razılaşma mümkündür

Aynur Camal

Fələstin dövlətinin rəsmi tanınması prosesi sürətləndirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu