Hadisə

Ukraynanın keçmiş deputatı Moskal vəfat etdi

Bugun.tv xəbər verir ki, Ukrayna Ali Radasının deputatı Nikolay Knyajitski keçmiş ukraynalı deputat Gennadi Moskalın vəfat etdiyini bildirib. Onun 73 yaşı var idi. Bu barədə RİA Novosti məlumat yayıb.

“Gennadi Moskal ağır xəstəlikdən sonra öldü. Əbədi yaddaş. Ailəsinə başsağlığı. O, bir çox dövlət vəzifələrində çalışıb, əsl vətənpərvər və istedadlı insan olub”, – Knyajitski bildirib.

Ötən ilin fevralında Gennadi Moskal Ukrayna prezidenti Vladimir Zelenskini çoxlu axmaq şeylər edən “balanssız və şıltaq insan” adlandırıb.

Daha sonra eks-deputat Ukrayna lideri ilə bağlı növbəti şərhini verib. O bildirib ki, Zelenski Donbassla bağlı boş vədlər verməməli idi. Moskal vurğulayıb ki, Zelenski suverenlik və ərazilərin itirilməsinə görə məsuliyyət daşıyıb.

Mənbə lenta.ru

Aynur Camal

Oxşar xəbərlər

Qızılca ovlayan şəxs cərimələndi

Aynur Camal

Dünyada sosial media platformasına giriş problemi

İntizar Əmirova

Zəlzələdən zərər çəkənlərə 6 milyard 275 milyon lirə yardım edildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu